Xəzər Xəbər

Arıqlamaq üçün çox qarpız yemək risklidir – Tanınmış diyetoloq

Cəmiyyət | 15:20 • 18 İyun 2022
Arıqlamaq üçün çox qarpız yemək risklidir – Tanınmış diyetoloq

Yay mövsümündə qarpızla arıqlamaq məhşurdur. Bir çox insan qarpızdan diyetik qida kimi istifadə etməklə artıq çəkilərdən xilas olmağa çalışır. Lakin diyetoloqlar qarpızdan çox istifadənin insan sağlamlığı üçün bəzi risklər yaratması haqqında da xəbərdarlıq edir. 

Rusiyanın tanınmış diyetoloqlarından olan Elena Solomatina qarpızla pəhrizin təhlükəli nəticələrinin olduğunu bildirib.

O, “Axşam Moskva” jurnalına verdiyi müsahibədə diabet xəstələrinin qarpız yeməkdən çəkinməli olduğunu və ümumilikdə qarpız istehlakının məhdudlaşdırılmasını tövsiyə edib. 

Diyetoloq qeyd edib ki, qarpızın tərkibində çoxlu miqdarda şəkər var, ona görə də şəkərli diabet və digər xəstəlikləri olan insanlar üçün qarpız pəhrizləri əks nəticələrə səbəb olur.

 

“Şəkərli diabet və artıq çəkisi olan insanların qarpız pəhrizindən sui-istifadə etməyi məsləhət görmürəm. Qarpızdan bir-iki dilim yemək kifayətdir. Bu halda kalorilərin miqdarı da az olacaq ", - deyə Solomatina əlavə edib.

Bundan əlavə, diyetoloq deyib ki, qarpız mədə-bağırsaq sistemində problemlər yarada və mədədə qıcqırmaya səbəb ola bilər. Buna görə də o, qarpızı ayrıca yemək kimi istehlak edilməsini məsləhət görmür. /sfera.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti