Xəzər Xəbər

Bina evində yaşayanlar üçün VACİB XƏBƏR - Parkinq yerindən istifadə...

Yaşayış binalarında sakinlər üçün parkinqin pullu olması qanunidir?
Cəmiyyət | 14:46 • 27 May 2022
Bina evində yaşayanlar üçün VACİB XƏBƏR -  Parkinq yerindən istifadə...

Məlum olduğu kimi, çoxmənzilli binalarda sakinlərin daha çox rastlaşdığı problemlərdən biri binaların zirzəmilərindəki parklanma yerlərindən istifadədir. Bir çox hallarda həmin yerlərin ödənişli olması mənzil mülkiyyətçiləri arasında narazılığa səbəb olur. Bəs mövcud qanunvericilikdə sözügedən məsələnin tənzimlənməsi ilə bağlı hansı normalar müəyyən olunub?

XəzərXəbər xəbər verir ki, bununla bağlı hüquqşünas Arif Nəzərov Trend-in sualını cavablandırıb.

Hüquqşünas bildirib ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (habelə yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi və s.) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.

O bildirib ki, ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olan həyətyanı torpaq sahələrinin ölçülərin kiçik olması hər bir mənzil mülkiyyətçisinin parklanma xidmətindən istifadəsində çətinliklər yaradır.

Yaranmış problemin tənzimlənməsi məqsədilə Mənzil Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul edilməli, ümumi razılıq əsasında hündürmərtəbəli binaların parkinq yerindən istifadə prosedurları müəyyən olunmalıdır.

Yekun olaraq hüquqşünas bildirib ki, çoxmənzilli binanın hər hansı ümumi əmlakının saxlanması və istifadəsi ilə bağlı məsələlərin bina sakinlərinin fikirləri nəzərə alınmaqla həll edilməsi zəruridir.

Rubrikanın digər xəbərləri

Leysan, dolu olacaq, SEL keçəcək
Leysan, dolu olacaq, SEL keçəcək XƏBƏRDARLIQ
16:39 • 9 İyun 2023
İyun ayının pensiyaları
İyun ayının pensiyaları ÖDƏNİLİB
13:33 • 9 İyun 2023
Sabah 32 dərəcə isti olacaq
Sabah 32 dərəcə isti olacaq PROQNOZ
12:38 • 9 İyun 2023
Rayonlara şimşək çaxıb, yağış yağıb
Rayonlara şimşək çaxıb, yağış yağıb FAKTİKİ HAVA
10:10 • 9 İyun 2023
Yollar BAĞLANACAQ
Yollar BAĞLANACAQ MÜRACİƏT
10:00 • 9 İyun 2023

Xəbər lenti