Xəzər Xəbər

Son sutkada 2 483 nəfər vaksinasiya olunub

Cəmiyyət | 16:48 • 22 May 2022
Son sutkada 2 483 nəfər vaksinasiya olunub

Azərbaycanda son sutkada 2 483 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, gün ərzində birinci doza vaksinlərin sayı 221, ikinci doza vaksinlərin sayı 270 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 803-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 189 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 707 006, birinci doza peyvəndlərin ümumi sayı 5 345 824, ikinci doza vaksinlərin sayı 4 847 442 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 269 214, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 244 526 olub.

Xəbər lenti