Xəzər Xəbər

İmtahan verən abituriyentlərdən 87-si xarici ölkələrin vətəndaşıdır

Cəmiyyət | 09:24 • 22 May 2022
İmtahan verən abituriyentlərdən 87-si xarici ölkələrin vətəndaşıdır

Dövlət İmtahan Mərkəzinin mayın 22-də keçirdiyi II ixtisas qrupu üzrə imtahanda, eləcə də III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahanda 22 min 878 abituriyentin iştirakı nəzərdə tutulur.

DİM-dən xezerxeber.az-a bildirilib ki, abituriyentlərdən 87-si xarici ölkə vətəndaşıdır.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunur.

Xəbər lenti