Xəzər Xəbər

“Meymun çiçəyi” ilə bağlı mühüm açıqlama: 21 gündən sonra...

Cəmiyyət | 16:29 • 21 May 2022
“Meymun çiçəyi” ilə bağlı mühüm açıqlama: 21 gündən sonra...

““Meymun çiçəyi” xəstəliyi ilk dəfə 1970-ci illərdə aşkarlanıb. Son 10 illikdə isə Afrikada bu xəstəliyin artımı müşahidə olunub. Bu artımın da yeni bir mutasiya nəticəsində və daha yüngül ştammla bağlı olduğu qeyd olunur. Avropada yayılan ştamm da yeni ştammdır. Ümumiyyətlə, indiki vəziyyətdə bu xəstəlikdən ölüm halları yalnız 1% təşkil edir. Buna görə də ciddi narahatlığa əsas yoxdur”.

XəzərXəbər xəbər verir ki, bunu Pravda.az-a infeksionist Nicat Əzimli meymun çiçəyi xəstəliyi haqqında danışarkən bildirib.

N.Əzimli qeyd edib ki, hazırda Azərbaycan üçün meymun çiçəyi virusunun təhlükəsinin olub-olmaması ilə bağlı nəsə demək tezdir: “Ümumiyyətlə, dünyada hələ meymun çiçəyi virusunun yayılıb-yayılmayacağı haqqında dəqiq fikir formalaşmayıb. Ümumdünya Səhiyyə Təşkilatı yaydığı açıqlamada, bu xəstəliyin aşkarlandığı ölkələri ciddi tədbirlər görməyə, yəni xəstələri karantina almağa, onlarla təmasda olan şəxsləri nəzaratə götürməyə çağırıb. Həmin xəstəliyə yoluxmuş şəxslərin başqaları ilə təmasda olub onları yoluxdurub-yoluxdurmadıqları, inkubasiya dönəmində nə qədər insanın olmasının məlum olmadığı qeyd olunur, çünki bu xəstəliyin inkubasiya dövrü 21 günə qədərdir. Bir insan bu xəstəliyə yoluxduğu zaman həmin şəxsdə 21 gün ərzində heç bir simptom, xəstəliyin hər hansı  əlaməti özünü göstərməyə bilər. 21 gündən sonra artıq xəstəlik özünü göstərə bilər və həmin müddət ərzində də xəstə şəxsin təmasda olduğu insanlar da buna yoluxa bilərlər. Buna görə də bu xəstəliyin tam aydınlaşdırılması üçün və gedişatı necə olacağını bilmək üçün zaman lazımdır”.

N.Əzimli onu da əlavə edib ki, klassik çiçək xəstəliyinə qarşı peyvənd olunmuş şəxslər meymun çiçəyinə qarşı ömürlük immunitetə sahibdirlər.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
435 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti