Xəzər Xəbər

Uşaqların içdiyi suya diqqət edin - Həkimdən sirli hepatit xəbərdarlığı

Cəmiyyət | 13:10 • 21 May 2022
Uşaqların içdiyi suya diqqət edin - Həkimdən sirli hepatit xəbərdarlığı

Rusiyalı akademik, tibb elmləri namizədi Gennadiy Onişenko uşaqları naməlum hepatitdən qorumaq üçün tövsiyələr verib.

XəzərXəbər Bakupost.az-a istinadən xəbər verir ki, həkim valideynlərə uşaqlarla birgə hepatit yayılan ölkələrə səfər etməməyə çağırıb.

Eləcə də içməli suya diqqət yetirməyi məsləhət görüb:

"Naməlum etimologiyalı hepatitdən qorumaq üçün su və yeməyin keyfiyyətini gözləyin.
Böyük adamlar sirli hepatit yayılan ölkələrə gedib gələrək, o virusun daşıyıcısı ola bilər. Səyahətlər zamanı içdiyiniz suyu bağlı butula alın, yaşadığınız yerdə yoluxma sayına fikir verin, uşaqları digərləri ilə sıx ünsiyyətdən qoruyun".

Sirli hepatit Avropa və ABŞ-da ancaq azyaşlı uşaqlarda aşkarlanıb, qaraciyəri sürətlə sıradan çıxarır.

Alimlər onun kovid və ya rotarovirusla bağlı olduğunu güman edir.

Xəbər lenti