Xəzər Xəbər

“Reabilitasiya avtobusu” fəaliyyətə başlayıb

Cəmiyyət | 17:39 • 17 May 2022
“Reabilitasiya avtobusu” fəaliyyətə başlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar üçün “Reabilitasiya avtobusu” fəaliyyətə başlayıb.

Nazirlikdən verilən xəbərə görə, avtobus Sumqayıt şəhəri, Masazır qəsəbəsi, 20 Yanvar dairəsi istiqamətində əvvəlcədən təyin olunmuş gözləmə məntəqələrindən uşaqları götürərək Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırır.

Məqsəd Bakı və ətraf ərazilərdə yaşayan, nəqliyyat problemi olan sağlamlıq imkanları məhdud uşaqların ambulator və icma əsaslı reabilitasiya xidmətlərinə əlçatanlığını artırmaqdır. Yeni xidmət habelə həmin uşaqlara göstərilən ambulator reabilitasiya xidmətlərinin davamlılığını və effektivliyini təmin etməyə yönəlib.

İlkin mərhələdə xidmət tələbata uyğun olaraq müəyyən edilmiş marşrutlar üzrə həftədə iki dəfə təşkil edilir.

Rubrikanın digər xəbərləri

Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
450 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti