Xəzər Xəbər

Pensiya və müavinətlər üçün ayrılan vəsaitin məbləği artırılıb

Rəsmi məlumat açıqlanıb
Cəmiyyət | 17:05 • 17 May 2022
Pensiya və müavinətlər üçün ayrılan vəsaitin məbləği artırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ilkin məlumatlarına əsasən, cari ilin yanvar-mart aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artırılaraq 1249,7 milyon manata çatdırılıb.

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a verilən xəbərə görə, vəsaitin 97,6 faizini pensiya xərcləri təşkil edib. 2022-ci il aprelin 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1177,4 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 11,7 faizini təşkil edir. Onların 59,6 faizi yaşa, 27,8 faizi əlilliyə, 12,6 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 9,8 faiz artaraq 364,4 manat təşkil edib və orta aylıq əmək haqqının 45,0 faizinə bərabər olub.

Xəbər lenti