Xəzər Xəbər

Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə geri qayıdıb

Cəmiyyət | 09:22 • 16 May 2022
Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə geri qayıdıb

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.

"Azərbaycan Hava Yolları" QSC-dən xezerxeber.az-a verilən məlumata görə, təyyarə saat 08:37-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.

Xəbər lenti