Xəzər Xəbər

Kimlərin əmək pensiyaları yenidən hesablanaraq artırılacaq?

Cəmiyyət | 16:36 • 13 May 2022
Kimlərin əmək pensiyaları yenidən hesablanaraq artırılacaq?
"Əmək pensiyaları haqqında" qanuna dəyişikliklərdən biri də ailə üzvlərinin birinin dünyasının dəyişməsinə görə pensiyaların hesablanması qaydası ilə bağlıdır.
 
Milli Məclisin bu gün keçirilən iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, ailə üzvlərindən biri, ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş yoldaşı və övladları istisna olmaqla, öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud ailə başçısını itirməyə görə müavinət istisna olmaqla sosial müavinəti aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır.
 
Bu isə həmin şəxslərin əmək pensiyalarının yenidən hesablanması yolu ilə artmasına səbəb olacaq. Eyni zamanda, vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınacaq.
 
Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Xəbər lenti