Xəzər Xəbər

Metroda gediş haqqı artırılacaq? RƏSMİ CAVAB

"Bakı Metropoliteni" QSC-nin sədr müavini açıqlama verib
Cəmiyyət | 12:50 • 13 May 2022
Metroda gediş haqqı artırılacaq?

Bakı metropoliteni metroda gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib.

Xezerxeber.az-ın məlumatına görə, bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İdarə heyəti sədrinin müavini Hidayət Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, gediş haqqının artırılması "Bakı Metropoliteni"nin səlahiyyətində deyil. 

"Gediş haqqının artırılması ilə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyəti yoxdur. Bu məsələ Tarif Şurasının səlahiyyətindədir. Biz isə bu barədə Tarif Şurasına müraciət etməmişik",- H.Məmmədov deyib.

Xəbər lenti