Xəzər Xəbər

RƏSMİ: Bu şəxslərin də pensiya təminatı hüququ təmin ediləcək

Ağır şəraitdə işləyən 6 min nəfərin pensiya müraciətinə imtina cavabı verilib
Cəmiyyət | 15:59 • 5 May 2022
RƏSMİ: Bu şəxslərin də pensiya təminatı hüququ təmin ediləcək

“2017-ci ildən bəri təxminən 6 min ağır şəraitdə işləyən vətəndaşımız müxtəlif səbəblərdən pensiya ilə bağlı müraciətə imtina cavabı alıb”.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Nazir müavini bildirib ki, bu dəyişikliklərlə onların da pensiya təminatı hüququ təmin ediləcək: “Pensiya qanunvericiliyinə yeni təkliflər vətəndaşlara ciddi mənada müsbət təsir edəcək. Hazırkı layihə isə vətəndaşların vəziyyətini yaxşılaşdırmaq üçündür”.

Xəbər lenti