Xəzər Xəbər

Rayona gedən sürücülərin nəzərinə - Bu yolda diqqətli olun

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkət qismən məhdudlaşdırılacaq
Cəmiyyət | 14:41 • 23 Aprel 2022
Rayona gedən sürücülərin nəzərinə - Bu yolda diqqətli olun

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14-cü kilometrində yerüstü piyada keçidinin üst konstruksiyasının quraşdırılması ilə əlaqədar 24 aprel tarixində saat 05:00-dan 06:00-dək yolun qeyd edilən hissəsində hərəkət qismən məhdudlaşdırılacaq.

Bu barədə XəzərXəbər-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat verilib.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, göstərilən saatlarda sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik", - AAYDA-dan bildirilib.

Xəbər lenti