Xəzər Xəbər

Horadizdə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərilib

Cəmiyyət | 16:34 • 28 Yanvar 2022
Horadizdə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərilib

Ötən il oktyabrın 16-da Füzuli rayonunun Horadiz şəhəri ərazisində 1991-ci il təvəllüdlü Şükür Əhmədovun öldürülməsi ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.

Füzuli Rayon Prokurorluğunun xezerxeber.az-a daxil olan məlumatında bildirilib ki, istintaqla rayon sakini 1981-ci il təvəllüdlü Zamin Mehdiyevin həmin tarixdə Horadiz şəhərində yerləşən “OBA” marketin qarşısındakı insanların ünvanına yüksək səslə nalayiq ifadələr işlətməsinə görə ona iradını bildirən Şükür Əhmədova heç bir əsaslı səbəb olmadan bıçaqla xəsarət yetirərək qəsdən öldürdüyü müəyyən olunub.

İş üzrə toplanmış sübutlar əsasında Zamin Mehdiyevə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə yekun ittiham elan edilib. Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
433 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti