Xəzər Xəbər

Dietoloqdan məsləhət: Sərt pəhriz saxlamaq təhlükəlidir

Cəmiyyət | 14:04 • 22 Yanvar 2022
Dietoloqdan məsləhət: Sərt pəhriz saxlamaq təhlükəlidir

“Xüsusən də koronavirusun “Omikron” ştammının yayılması zamanı qışda sərt pəhrizlər təhlükəli ola bilər”

Bu fikri rusiyalı professor, dietoloq Marqarita Koroleva deyib.

Onun sözlərinə görə, aclıq sağlamlığın qayğısına qalaraq arıqlamaq üsulu deyil. Ərzaqların rasiondan çıxarılması “Omikron”un yayıldığı bir vaxtda immunitetin azalmasına gətirib çıxaracaq.

Dietoloqun fikrincə, sağlam və balanslaşdırılmış qidalanma bayramdan sonra çəki azaltmağa kömək edəcək, masadakı müxtəliflik yaxşı immunitetin açarıdır.

“Qida rasionunun əsasını dənli bitkilərin tərkibindən rafinə olunmamış təbii məhsullar, heyvan və bitki mənşəli tam protein mənbələri, əlbəttə ki, pəhriz lifi təşkil etməlidir.”, - deyə Marqarita Koroleva xatırladıb.

Mənbə: Vestnik Kavkaza

Xəbər lenti