Xəzər Xəbər

Bu pensiyaçılara ŞAD XƏBƏR: Əskik məbləğ kartlara köçürüldü

18 min nəfərin pensiyasında əskik ödəmə aşkarlanıb
Cəmiyyət | 21,112 | 12:36 • 21 Yanvar 2022
Bu pensiyaçılara ŞAD XƏBƏR: Əskik məbləğ kartlara köçürüldü

Ötən il 18 min nəfərin pensiyasında əskik ödəmə aşkarlanıb.

Bunu Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov bildirib.

O qeyd edib ki, bu məbləğ aylıq 500 min manatdan çox, illik 6 milyon manata yaxın məbləğdir.

"Vətəndaşın məlumatı olmadan belə onun pensiyası yenidən hesablanaraq şəxsin müvafiq kart hesabına köçürülüb. Həmin şəxs vəfat etmiş olsa belə əskik yenidən hesablamadan sonra sözügedən məbləğ onun vərəsələrinə ödənilir", - deyə o bildirib.

Xəbər lenti