Xəzər Xəbər

"Omikron" ştamına yoluxmuş 12 nəfərin hamısı tam sağalıb

Cəmiyyət | 12:05 • 21 Yanvar 2022
"Omikron" ştamına yoluxmuş 12 nəfərin hamısı tam sağalıb

Beynəlxalq təcrübəyə əsasən, hazırda yeni növ koronavirusun “omikron” ştamının yayılmağa başladığı ölkələrdə həmin ştam "delta"nı üstələyir. Həmin ştamın qeydə alındığı bütün ölkələrdə yoluxmaların əksəriyyəti “omikron”la əlaqəlidir. Ona görə də aşkarlanan pozitiv nəticələrin yeni ştamla əlaqəli olub-olmamasının ayrıca təyin edilməsinə ehtiyac görülmür.

Xezerxeber.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, yanvarın 10-da seçmə yolu ilə "omikron" ştamına yoluxduğu müəyyənləşən 12 nəfərin hər biri tam sağalıb, onların səhhətlərində heç bir problem yoxdur.

Rubrikanın digər xəbərləri

Xəbər lenti