Xəzər Xəbər

Koronavirusun hər ay 2 yeni ştamı meydana gələcək - Professordan AÇIQLAMA

Cəmiyyət | 13:08 • 20 Yanvar 2022
Koronavirusun hər ay 2 yeni ştamı meydana gələcək - Professordan AÇIQLAMA

"COVİD-19-dan ümumi ölüm 1,79%-dir. "Omikron”dan ölüm isə 0,1-0,4% nisbətindədir. Yəni digər ştamlarla müqayisədə 6-18 dəfə və ya 75% az".

XəzərXəbər bildirir ki, bunu tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. Onun sözlərinə görə, təbii və ya vaksinasiya fonunda immunitet qazanmış şəxslər "Omikron”a yoluxarsa, xəstəliyin ağır gediş ehtimalı hətta 1%-in altındadır:
 
"Digər tərəfdən, hazırda 10 000 müxtəlif variantı olan koronavirusun COVİD-19 tipinin genom əsasını 30 min nuklein nüvəsi təşkil etdiyindən, onun hər ay 2 mutant ştamının əmələ gəlməsi təbii qanunauyğunluqdur. Odur ki, aylar ardıcıllığında mütəmadi olaraq COVİD-19-un yeni ştamları haqqında məlumat veriləcək. Bundan qorxmaq lazım deyil. Çünki, hər yeni ştam virusun bioloji fəallığının 3 standart dəyərləndirilmə meyarının ikisinə - patogenlik və letallıq əmsalına görə, ana ştamdan zəif, yalnız birinə - Ro indeksinə görə, ana ştamdan üstün olmalıdır”.
 
Mütəxəssis qeyd edib ki, "Omikron” ştamı qorxu törədəcək heç bir bioloji gücə malik deyil:
 
"İstər təbii, istərsə də vaksin fonunda formalaşan immunitet bu ştama qarşı ən effektiv qoruyucu vasitədir. "Omikron”la yanaşı, hazırda COVİD-19-un daha 2 yeni ştamı - Kamerun (İHU) və Deltakron ştamları da müzakirə mövzusudur. "Kamerun”nun genom strukturunu təhlil edərək, onun təhlükəli olmadığını elmi cəhətdən əsaslandırmışdım. "Deltakron”un genom quruluşunun molekulyar təhlili üzərində isə dayanmaq istəmirəm, çünki belə bir ştam yoxdur. Varsa belə, yox kimi qəbul olunmalıdır. Yəni stress, qorxu, gərginlik və ruhi sarsıntıya düşməyə heç bir elmi əsas yoxdur. Normal həyatınızı yaşayın".
 
Xatırladaq ki, bu gün səhiyyə naziri Teymur Musayev "Dünyanın bir çox ölkəsində "Omikron" ştamı yayılıb və Azərbaycanda da ştama yoluxmalar artır”, - deyə bildirib./Sfera.az 

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
510 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti