Xəzər Xəbər

Yenidən sərt karantin tədbirləri görülə bilər - Yoluxma sayı rekord həddə ...

Cəmiyyət | 12:47 • 20 Yanvar 2022
Yenidən sərt karantin tədbirləri görülə bilər - Yoluxma sayı rekord həddə ...
"Bizdə də yoluxma sayı daha da arta bilər, amma sürətlə artacağını düşünmürəm. Çünki artıq əhalinin böyük bir qismi peyvəndlənibdir, buster (üçüncü) dozanı da artıq az qala 2 milyon insan vurdurubdur".
 
XəzərXəbər  xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Azər Nağıyev deyib.
 
Mütəxəssis bildirib ki, bəzi qaydaların yenidən sərtləşdirilməsi ehtiyacı yarana bilər:
 
"Ölkəmizdə yoluxma sayının sürətlə artmayacağını düşünməyimə ikinci səbəb isə budur ki, bilirsiniz ki, hələ müəyyən məhdudiyyətlə qalır, tam aradan qaldırılmayıb. Virusa yoluxanların sayında artım olacaq və bu gözləniləndir, amma Gürcüstandakı kimi (Gürcüstanda yoluxanlar 8 mini keçdi - red) artım olacağını düşünmürəm. 
 
Bizdə pandemiyanın vüstə aldığı ilk vaxtlardakı - birinci, ikinci dalğa dövründəki kimi yoluxma sayı 5 minə də çata bilər, bu rəqəm yenidən təkrarlana bilər. "Omikron" ştammı çox sürətlə yayılır, yoluxuculuq qabiliyyəti yüksəkdir, bağça yaşlı uşaqlar, məktəbli uşaqlar arasında daha çox yayılır. Üstəlik də bu virusa əvvəl keçirmiş insanlar da yenidən yoluxa bilərlər. Hətta bu yaxınlarda "Delta" ştammına yoluxanlar belə yenidən yoluxa bilərlər, hətta yoluxanlar da var artıq. 
 
Xarici ölkələrdən çoxlarının artıq "Omikron"la bağlı bir neçə həftəlik təcrübələri var. Bizim insanlar xarici ölkə vətəndaşlarından orqanizmin xüsusiyyətləri baxımından çox fərqlənmir ki. Ona görə, ola bilər ki, bizdə də yoluxma sayında yüksək rəqəmlər olsun. Amma bir məsələ də var, "Omikron" o qədər də böyük fəsadlar törətmir. Sadəcə say olaraq xəstəxanaların bir qismində nisbətən yüklənmə mümkündür, o da nisbi. Səhiyyəmizin bu dəfə mütləq yüklənəcəyini düşünmürəm. Çünki insanların çoxu bu xəstəliyi artıq yüngül keçirdiyi, fəsadlar az olduğu üçün xəstəxanaya müraciətlər azalır. Bu ştammın fəsadlarının, ağırlıq dərəcəsinin digərlərindən təxminən 3 dəfə az olduğu düşünülür. 
 
Yoluxma sayının artması isə ölkəmizdə karantin rejiminin çox sərt yox, müəyyən qaydaların yenidən tətbiqini şərtləndirə bilər. Bu zaman bəzi qaydaların yenidən bir qədər sərtləşdirilməsi ehtiyacı yarana bilər. Onda da ehtiyac olsa, yəqin ki, bu istiqamətdə də qərar qəbul olunacaq.
 
Buster doza ilə ikinci dozanın o qədər fərqi yoxdur. Buster doza o deməkdir ki, artıq itmiş antiteli yenidən bərpa edirsən. Burada qeyri-adi, başa düşülməyəcək bir şey yoxdur deyək ki, üçüncü (buster) doza xüsusi qabiliyyətə malikdir. Sadəcə antitellər azaldığı üçün təkrar vurursan ki, antitel sayı artsın ki, orqanizm bədənə düşən virusla mübarizə apara bilsin".

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti