Xəzər Xəbər

Sabahın hava proqnozu: Qar yağacaq, 10 dərəcə şaxta olacaq

Cəmiyyət | 12:15 • 20 Yanvar 2022
Sabahın hava proqnozu:  Qar yağacaq, 10 dərəcə şaxta olacaq

Sabah Azərbaycanda qar yağacaq.

Bu barədə XəzərXəbər-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, sulu qar yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0°-yə yaxın, gündüz 4-6° isti olacaq.

Bakıda gecə 0°-yə yaxın, gündüz 4-6° isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Lakin yanvarın 21-i gecə və səhər bəzi yerlərdə yağntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti