Xəzər Xəbər

Saçlarınız tez çirklənirsə, səbəbi yastıqda axtarın! - Məşhur saç ustasından tövsiyələr

Cəmiyyət | 15:31 • 17 Yanvar 2022
Saçlarınız tez çirklənirsə, səbəbi yastıqda axtarın! - Məşhur saç ustasından tövsiyələr
Avstraliyalı saç ustası saçların sürətlə çirklənməsinin səbəblərini açıqlayıb.
 
"The Sky Parlor” gözəllik salonunun əməkdaşı olan usta insanların saçlarını yuyarkən yol verdiyi əsas səhvləri sadalayıb.
 
O, çirklərdən tamamilə qurtulmaq üçün saçı şampunla azı iki dəfə yumağı tövsiyə edib.
 
Mütəxəssisin fikrincə, daraq və rezin bantlar da saçları çirkləndirir. Buna görə də o daraq və rezin bantları mütəmadi yumağı məsləhət görür.
 
Saç ustası saçlardakı çirklənməni azaltmaq üçün pambıq yastıq örtüyünü ipək və ya atlazla əvəz etməyi, yastıq üzlərini isə hər həftə yumağı tövsiyə edib./Sfera.az 

Xəbər lenti