Xəzər Xəbər

Şamaxıda baxımsız qalan azyaşlılar sosial reabilitasiya müəssisəsinə yerləşdiriləcək

Cəmiyyət | 11:25 • 17 Yanvar 2022
Şamaxıda baxımsız qalan azyaşlılar sosial reabilitasiya müəssisəsinə yerləşdiriləcək

"Şamaxının İkinci Çaylı kəndində 5 azyaşlı uşağın baxımsız vəziyyətdə yaşadıqları barədə məlumat yayılmışdı. Sözügedən uşaqların məişət zorakılığı ilə üzləşdiyi müəyyən edildiyindən onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətləri Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdiriləcək".

Xezerxeber.az-ın məlumatına görə, bunu Agentliyin mətbuat xidmətinin rəhbəri Murad Haşımov bildirib.

Onun sözlərinə görə, məişət zorakılığından zərərçəkənlərlə bağlı xüsusi şöbədə onlar reabilitasiya prosesi keçəcəklər. Prosesin davamında uşaqların reabilitasiyasının nəticəsinə uyğun olaraq onların rifahı üçün aidiyyatı tədbirlər görülməsi barədə qərar qəbul ediləcək.

İmsak və İftar vaxtı 2022

Xəbər lenti