Xəzər Xəbər

Uşaqlarda “Omikron”un simptomları hansılardır? - Pediatr açıqladı

Cəmiyyət | 14:43 • 15 Yanvar 2022
Uşaqlarda “Omikron”un simptomları hansılardır? - Pediatr açıqladı

Koronavirusun “Omikron” ştammı ilə xəstələnən uşaqlarda ən çox bronxiolit əlamətləri - kiçik bronxların iltihabı müşahidə olunur.

Bu barədə rusiyalı pediatr Yelena Tısyaçnaya bildirib.

Onun sözlərinə görə, xəstə uşaqların nəfəsi xırıltılı, səs-küylü olur. Astma tutmaları mümkündür. Öskürərkən bəlğəm çətin xaric olur.

Mütəxəssis əlavə edib ki, qusma və ishal baş verə bilər. “Omikron”da temperatur adətən 38 və ya 38,5 dərəcə olur.

Mənbə: “Rossiyskaya qazeta”

Xəbər lenti