Xəzər Xəbər

COVID-19-a 653 yeni yoluxma qeydə alınıb

Cəmiyyət | 18:34 • 14 Yanvar 2022
COVID-19-a 653 yeni yoluxma qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 653 yoluxma faktı qeydə alınıb, 488 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 624 min 208 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 607 min 885 nəfər müalicə olunaraq sağalıb, 8 min 497 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 min 826 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 min 275, bu günə qədər isə ümumilikdə 5 milyon 987 min 10 test icra olunub.

Xəbər lenti