Xəzər Xəbər

Azərbaycanda daha bir virus sürətlə yayılmağa başladı - 10 gün içində ...

Cəmiyyət | 15:37 • 14 Yanvar 2022
Azərbaycanda daha bir virus sürətlə yayılmağa başladı - 10 gün içində ...
"Hazırda geniş yayılan viruslardan biri də "Koksaki" virusudur".
 
XəzərXəbər xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist İlhamə Abbasova deyib.
 
Mütəxəssis bildirib ki, "Koksaki" virusuna yoluxmuş uşaqlar  2 həftə müddətində karantində olmalıdılar:
 
 ""Koksaki" - çirkli əllər xəstəliyidir. 97% yoluxmalar qidadan olur - içməli və hovuzlarda təsadüfən udulan sudan, çirklənmiş qida məhsullarından və şəxsi gigiyena qaydalarına riayət etmədikdə yaranır. Bu virus 98% yoluxucudur, xəstənin özü və əşyaları ilə sıx əlaqədə olduğu halda yoluxma baş verə bilər.
 
Adətən bu virus xəstəliyini keçirən uşaqlar 3-10 yaşında olurlar. Yeni doğulmuş südəmər körpələrin orqanizmində, təbii qidalanma ilə əlaqədar, möhkəm immun qorunma mexanizmləri formalaşdığına görə, xəstəliyin qarşısı alınır. Yeniyetmə və böyüklərdə virusun orqanizmə düşməsi aktiv kliniki simptomatikanı artırmır, gizli (latent) formada keçir və sonradan xəstəliyə qarşı immunitet qazanması ilə nəticələnir.
 
İnkubasiya dövrü, yoluxma zamanından - səpgi şəklində ilkin əlamətlərin yaranmasına kimi, 10 gün təşkil edir. Eyni zamanda digər simptomlarda üzə çıxır: bədən temperaturun 38 dərəcə və daha yüksək olduqda, dil üzərində ərpin yaranması, ümumi zəyiflik, boğaz ağrıları, iştahın pozulması, boyun limfa düyünlərin böyüməsi kimi.
 
Rəngin ağarması, bədəndə, qulaqətrafı, barmaqlar arası, göyərmənin yaranması, orqanizmin su balansının pozulma əlamətləri, halsızlıq, dodaqların quruması, sidik ifrazının azalması, yuxululuq və başgicəllənmələr, kəskin baş ağrıları, iştahsızlıq, uzun sürən hərarət kimi sipmtomar həkimə dərhal müraciət etmək üçün səbəblər hesab olunur.
 
Bu virusa yoluxan uşaqların müalicəsinə intoksikasiya zamanı yataq rejimi, kifayət qədər vitamin və çoxlu suyun qəbulunu nəzərə alaraq, pəhrizin saxlanılması, ishal (diareya) və qusmalar olduqda - hidrasiya terapiyanın aparılması kimi prosedurlar daxildilər. "Koksaki" virusuna yoluxmuş uşaqlar  2 həftə müddətində karantində olmalıdılar".

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti