Xəzər Xəbər

Omikron ştamı necə aşkarlanır? - RƏSMİ AÇIQLAMA

Cəmiyyət | 13:07 • 14 Yanvar 2022
Omikron ştamı necə aşkarlanır? - RƏSMİ AÇIQLAMA

COVID-19-un bir variantı olduğu üçün ənənəvi PZR burun-udlaq yaxma testləri virusu aşkar edilir. Lakin aşkarlanmış koronavirusun “omikron” ştamı olması daha mürəkkəb və bahalı olan sekvenləşmə metodu ilə müəyyən olunur.

XəzərXəbər xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib:

"Yeni ştamın spesifik simptomları yoxdur. Xəstəlik daha çox digər respirator virus infeksiyalarını xatırladır (əsasən subfebril hərarət, ümumi zəiflik, əzginlik, baş ağrısı, əzələ ağrıları, bədəndə qırılmalar, boğazda qaşınma və ya ağrı hissi, quru öskürək, burun axması və ya tıxanması, bəzən mədə-bağırsaq əlamətləri - ürəkbulanma, qusma və s).

Dad və iybilmənin itirilməsinə daha az rast gəlinir. İndi “omikron” və “delta” olan xəstələri ayırd etmək klinik cəhətdən, demək olar ki, mümkün deyil".

Çox oxunanlar