Xəzər Xəbər

COVID-19 əleyhinə daha 30 min dozaya yaxın peyvənd vurulub

Cəmiyyət | 18:49 • 13 Yanvar 2022
COVID-19 əleyhinə daha 30 min dozaya yaxın peyvənd vurulub

Yanvarın 13-də Azərbaycanda 29 min 887 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 678, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 158 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 24 min 51 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 592 min 507, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 193 min 25, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 706 min 413 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 693 min 69 nəfər təşkil edir.

Xəbər lenti