Xəzər Xəbər

Azərbaycana 1 milyon 200 min doza “Coronavac” vaksini gətiriləcək

Cəmiyyət | 18:47 • 11 Yanvar 2022
Azərbaycana 1 milyon 200 min doza “Coronavac” vaksini gətiriləcək

2022-ci ilin yanvar ayında Azərbaycana növbəti dəfə yeni növ koronavirus (COVID-19) əleyhinə istifadə edilən “Coronavac” vaksini gətiriləcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

Qeyd olunub ki, təsdiq olunmuş müqaviləyə əsasən, bu ay ərzində Çindən ölkəyə 1 milyon 200 min doza “Sinovac” şirkətinə məxsus “Coronavac” vaksininin gətirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, hazırda Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyada “Coronavac”, “Sputnik V” və “Pfizer” vaksinlərindən istifadə olunur.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti