Xəzər Xəbər

Bakı-Sumqayıt qatarı bayram günlərində bu qrafiklə işləyəcək

Cəmiyyət | 16:01 • 30 Dekabr 2021
Bakı-Sumqayıt qatarı bayram günlərində bu qrafiklə işləyəcək
Bayram günlərində Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli açıqlanıb.
 
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən XəzərXəbər-ə verilən məlumata görə, 31 dekabr, 1 yanvar və 4 yanvar qeyri-iş günləri olduğuna görə həmin günlər yalnız aşağıda qeyd olunan Bakı-Sumqayıt elektrik qatarları hərəkətdə olacaq:
 
Sumqayıtdan saat 07:40-da yola düşən 6606 nömrəli qatar
Sumqayıtdan saat 09:20-də yola düşən 6614 nömrəli qatar
Bakıdan saat 16:55-də yola düşən 6611 nömrəli qatar
Bakıdan saat 17:20-də yola düşən 6613 nömrəli qatar
Bakıdan saat 18:50-də yola düşən 6621 nömrəli qatar
Bakıdan saat 19:50-də yola düşən 6625 nömrəli qatar
 
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, 2 və 3 yanvar (şənbə və bazar) günləri qatarlar hərəkətdə olmayacaq.

Xəbər lenti