Xəzər Xəbər

Sabahdan yeni il tətili başlayır

Cəmiyyət | 15:33 • 30 Dekabr 2021
Sabahdan yeni il tətili başlayır

Azərbaycanda yeni il tətili başlayır.

XəzərXəbər xəbər verir ki, Yeni il bayramı ilə əlaqədar ölkədə ardıcıl 5 gün iş olmayacaq.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır.

Gələn il yanvar ayının 1-i və 2-si şənbə və bazar günlərinə təsadüf edir. Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq.

Beləliklə, 31 dekabr 2021-ci il, 1, 2, 3, 4 yanvar 2022-ci il tarixləri qeyri-iş günüdür.

Xəbər lenti

Çox oxunanlar