Xəzər Xəbər

Bu ilin sonuncu gününə olan hava proqnozu AÇIQLANDI

Cəmiyyət | 12:55 • 30 Dekabr 2021
Bu ilin sonuncu gününə olan hava proqnozu AÇIQLANDI

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 8-10 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə isti, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.

Xəbər lenti