Xəzər Xəbər

Səyyar vaksinasiya məntəqələrinin sayı azaldılıb

Cəmiyyət | 16:59 • 9 Dekabr 2021
Səyyar vaksinasiya məntəqələrinin sayı azaldılıb

Səyyar vaksinasiya məntəqələrinin sayı məhdudlaşdırılıb.

Bunu Trend-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış deyib.

Onun sözlərinə görə, bunun səbəbi tələbatın aşağı olmasıdır.

"Səyyar vaksinasiyanın əsas məqsədi tibb məntəqələrində sıxlığın qarşısının alınması, vaksinasiya prosesinin sürətləndirilməsindən ibarətdir. Artıq əhalinin böyük hissəsi koronavirusa qarşı vaksinin hər iki dozasını qəbul edib. Hazırda kütləvilik müşahidə olunmadığı üçün səyyar vaksinasiya məntəqələrinin sayı da məhdudlaşdırılıb", - TƏBİB nümayəndəsi bildirib.

Qeyd edək ki, tibb məntəqələrində sıxlığın qarşısının alınması, vaksinasiya prosesinin sürətləndirilməsi məqsədi ilə TƏBİB tərəfindən aprelin 2-dən səyyar briqadalar vasitəsilə də müxtəlif dövlət və özəl qurumlarda, universitetlərdə, iri ticarət mərkəzləri və supermarketlərdə peyvəndlənmə aparılır. Son statistikaya görə, səyyar briqadalar vasitəsilə ümumilikdə 82 mindən artıq şəxs peyvənd olunub.

Xəbər lenti