Xəzər Xəbər

Peyvənd “omicron”a qarşı hansı təsirə malikdir?

Cəmiyyət | 15:44 • 9 Dekabr 2021
Peyvənd “omicron”a qarşı hansı təsirə malikdir?

Cənubi Afrika Respublikasında alimlər tərəfindən aparılmış ilk laboratoriya tədqiqatları göstərib ki, koronavirusun yeni “omicron” variantı koronavirus əleyhinə mövcud vaksinlərin etdiyi qorunmanı qismən aşa bilər, lakin ümumilikdə o, digər variantlardan daha təhlükəli deyil.

Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, indiyə qədər “omicron”un “delta” variantından daha uğurla anticisimlərin təmin etdiyi qorunma öhdəsindən gələ bildiyinə dair heç bir fakt yoxdur. İddia edilir ki, mövcud vaksinlər xəstəliyin ağır gedişindən qoruyurlar.

BBC xəbər yayıb ki, Cənubi Afrika Respublikasından olan tədqiqatçılar Pfizer/BioNTech peyvəndinin iki dozası ilə peyvənd olunmuş 12 iştirakçıdan 14 plazma nümunəsi götürərək, plazmanın “omicron”u zərərsizləşdirmək qabiliyyətini yoxlayıblar.

Məlum olub ki, "omicron" əvvəlki ən çox yayılmış "delta" variantı ilə müqayisədə anticisimləri daha uğurla ötə bilib. Ümumilikdə, Pfizer / BioNTech peyvəndi 2019-cu ildə Çində aşkar edilmiş orijinal koronavirus ştamına nisbətən “omicron”a qarşı 40 dəfə az neytrallaşdırıcı anticisim istehsal edib.

Bununla belə, anticisimlərin sayının əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, “omicron” hələ də peyvənd mühafizəsini tamamilə keçə bilməyib. Koronavirusa yoluxmuş və tam peyvənd olunmuş insanlarda isə nisbətən yüksək anticisim səviyyəsi qalmaqdadır.

Alimlər deyirlər ki, koronavirusa qalib gəlməyin yeganə yolu - vaksinasiya və sosial məsafədir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti