Xəzər Xəbər

Soyuqdəymə, yoxsa koronavirus? – “Əgər öskürəksiz qızdırma varsa...”

Cəmiyyət | 19:11 • 6 Dekabr 2021
Soyuqdəymə, yoxsa koronavirus? – “Əgər öskürəksiz qızdırma varsa...”
"Omikron" ştamı ilə əlaqədar bildirirlər ki, əsas əlamətlər arasında əzələ və baş ağrıları olur. Bunu isə biz soyuqlayanda, qrip olanda da hiss edirik.
 
 
Maraqlıdır, soyuqdəymə ilə koronavirusa, onun yeni ştammına yoluxduğumuzu necə ayırd edə bilərik?
 
Məsələ  ilə bağlı danışan infeksionist Nicat Əzimli xəstəliyin əlamətlərinə uyğun olaraq koronavirusa yoluxmanı bilməyin mümkün olduğunu deyib:
 
"Elə pandemiyanın əvvəllərində bir çox elm adamlarını maraqlandıran sual bu olmuşdu ki, görəsən, COVID-19 xəstəliyinin başlanğıc mərhələsində olan xəstədə laborator və instrumental müayinə metodlarından istifadə etmədən, sadəcə xəstəliyin əlamətlərinə baxaraq koronavirus diaqnozu qoyula bilərmi? Bu suala cavab olaraq bir müddət araşdırmalardan sonra ilkin diaqnoz üçün bu cür differensial diaqnostikanın 100% dəqiqliklə olmasa da mümkünlüyü təsdiqləndi. Belə ki, məsələn, qriplə COVID-19 arasında oxşar simptomlar çoxdur”.
 
 
İnfeksionist qrip və soyuqdəymədən fərqli olaraq koronavirusa yoluxma zamanı öskürək olmadan tempraturun yüksəldiyini bildirib:
 

"Məhz COVID-19 üçün spesifik əlamətlərə iybilmə və dadbilmənin itməsi, xəstə şəxslə təmasdan sonra simptomların ortaya çıxması müddətinin (inkubasion dövr) 4 gündən uzun ola bilməsi, digər heç bir əlamət olmadan yalnız qızdırma ilə başlanan xəstəlik, qızdırmadan sonra bəzən mədə bulanması və ishal, xüsusilə axşamlar yüksələn bədən temperaturu və s. aid edillə bilər. Qrip xəstəliyində adətən qızdırmasız boğaz ağrısı və öskürək başlayıb, sonradan qızdırma gəlirsə, koronavirusda da əvvəldə öskürəksiz qızdırma daha xarakterikdir. Təbii ki, bunlar hər bir fərdə görə fərqlilik göstərə bilər, amma ümumi statistik göstəricilərə görə klinik mənzərə belədir”./Sfera.az

Rubrikanın digər xəbərləri

Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti