Xəzər Xəbər

İnsanlar falçıların, cadugərlərin toruna necə düşür? Açıqlama

Cəmiyyət | 16:33 • 6 Dekabr 2021
İnsanlar falçıların, cadugərlərin toruna necə düşür?
Cəmiyyətin əsas bəlalarından biri də özünü falçı adlandıranların toruna düşən şəxslərdir. Xüsusilə xanımlar arasında falçıların yanına gedən, bu kimi insanlardan müxtəlif niyyətlərini həyata keçirmək üçün istifadə edənlər daha çoxdur.
 
Maraqlıdır, cadugərlik və falçılığın geniş vüsət almasının səbəbləri nədir?
 
Məsələnin dini tərəfləri ilə bağlı danışan "Əbu Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov bəzi falçıların Quranı bu məsləyə alət etdiyini və insanların bu yolla aldandığını bildirib:
 
"İslam dininin baxıcılarla mövqeyi açıq-aydındır. Hədislərdə də bildirilir ki, baxıcılıq küfrdür və o şəxslərin yanına getmək olmaz. Hətta hədisdə var ki, baxıcının yanına gedib ona inanan şəxs Quranı inkar edir. Baxıcıların çox olması dini maarifçiliyin zəif olduğu anlamına gəlir. Əgər dini maarrifçilik ərazilər üzrə lazımı qaydada təşkil olunsaydı, indi xanımlar bu qədər falçıya müraciət etməzdilər.
 
 
Bəzən deyirlər ki, Quran kitabını açdıq, onunla fala baxdıq və bu günah deyil. Quran baxıcı kitabıdır ki? Bəzən falçılar ərəb əlifbası ilə olan hansısa kitabı qoyurlar ortaya, deyirlər ki, Qurandır. İnsanlar da hardasa bu əlifbanı görən kimi yanılır. Quranda yazılmayıb ki, kimlərinsə anası harada itib, hansı küçədədir...".
 
Axund insanları baxıcılardan çəkinməyə çağırıb:
 

"Əgər sıxıntı varsa, Allaha dua edin, baxıcılardan çəkinin. Öncəgörücü deyilən bir anlayış yoxdur. Özünü baxıcı adlandıranlar da 10 dənə versiya irəli sürür, onun biri doğru çıxır. Camaat da o bir-iki doğruya aldanır. İnsanların taleyi oxşardır. Falçılar insanları İslamdan çıxara bilər, onlar isə bunu başa düşmür".

Baxıcılara inamın olmasına psixoloji aspektdən yanaşan psixoloq Aytən Ələkbərova isə bu inamın insanlar arasında aparılan təbliğat əsasında formalaşdığını bildirib.
 
Müsahibimiz qadınların öz energetik güclərinə diqqət yetirməli olduğunu vurğulayıb:
 
"İnsanlar falçıya yalnız sevgi, bağlılıq məsələləri ilə əlaqədar getmir. Hətta bu yaxınlarda bir hadisəyə də şahidlik etdim ki, bir xanım bipolyar depresiyyaya düşmüşdü, düşünürdülər ki, qəbirdə toyuq, xoruz basdırıb ona cadu ediblər. Məsələnin kökü qalmışdı kənarda, onlar falçı ilə, toyuq ilə məşğul idilər. Demək ki, insanlar inam hissini falçılarda tapır və ona görə bu şəxslərə müraciət edirlər. Bunun da səbəbi insanlar arasında baxıcılarla bağlı yayılan təşviqedici xəbərlərdir. Bu da şüuraltında həmin şəxslərdə inam yaradır.
 
 
Falçıya inananlar arasında həkimlər, müəllimlər, ziyalı adamlar da olub. Yəni düşünmək lazım deyil ki, ancaq cahil şəxslər falçı yanına gedir. Əgər insanlar öz energetik güclərinə diqqət yetirib, ona inansalar o zaman falçıdan uzaqlaşarlar, istədiklərinə sahib olarlar. İnsanlar arzu və istəklərindən taleyini yazır. İnsan psixologiyası ilə istədiyinə nail olmaq üçün daim məşq etməlidir".
 
 
Bir neçə dəfə falçıya müraciət edib, baxıcıların "xidmətlərindən" yararlanan müsahibimiz N.A baxıcıların dediyinə uyğun olaraq həyatını nizamladığını bildirib. Müsahibimiz deyir ki, gərək gedəndə də "bahalı" falçının yanına gedəsən:
 

"Əslində beynimin bir kənarında falçılara inanmıram. Lakin ətrafımda baxıcılara qarşı məndə maraq oyadan insanlar olur və mən də bu səbəblə ara-sıra falçılara müraciət edirəm. Baxıcıların yanına gedəndə görürəm ki, doğurdan da keçmişim haqda ətraflı məlumat verirlər. Lakin baxmaq lazımdır ki, hansı falçıya gedirsən. 3 manatlıq falçı sənə düzgün məlumat verməyəcək ki... Gərək gedəndə də bahalı falçının yanına gedəsən.
Baxıcının yanından gələndən sonra onun dediklərinə uyğun hansısa işə qol qoymuram, hansısa insanla münasibət düşünmürəm. Beləliklə, narahat olduğum məqamlara aydınlıq gəlir, rahatlıq tapıram"./Sfera.az

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti