Xəzər Xəbər

Peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət | 16:47 • 4 Dekabr 2021
Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35832 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3889, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5346 , buster doza üzrə vaksinasiya olunanların sayı isə 26597 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10675649, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5095524, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4588915, buster doza üzrə vaksinasiya olunanların sayı isə 991210 təşkil edir.

Xəbər lenti