Xəzər Xəbər

Bakıda daha bir məktəb əyani tədrisə qayıdıb

Cəmiyyət | 16:12 • 2 Dekabr 2021
Bakıda daha bir məktəb əyani tədrisə qayıdıb

Paytaxtdakı 323 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Xəbər lenti