Xəzər Xəbər

Valideynlər DİQQƏTLİ OLSUNLAR - Hər yaşda uşaqda koronavirus aşkarlana bilər

Cəmiyyət | 15:44 • 2 Dekabr 2021
Valideynlər DİQQƏTLİ OLSUNLAR - Hər yaşda uşaqda koronavirus aşkarlana bilər
"Hər yaşda uşaqda koronavirus aşkarlana bilər, valideynlər diqqətli olsunlar”.
 
Bu sözləri açıqlamasında pediatr Aytən Cavadova deyib. Həkimin sözlərinə görə, son vaxtlar uşaqlarda koronavirusa  yoluxmada ağırlaşmalar daha çox müşahidə edilir:
 
"Bəzən valideynlər məsuliyyətsizlik edirlər. Düşünürlər ki, onsuz da uşaqlar virusa yoluxmur və xəstəliyi ağır keçirmirlər. Lakin ilk növbədə düşünmək lazımdır ki, uşaq virusa yoluxarsa, hər şeydən qabaq o, daşıyıcı olur və bunun da ağır nəticələri ola bilər. Bundan başqa, hər yaşda uşaq koronavirusa yoluxa bilər. Bu baxımdan uşaqlara sosial məsafəni qorumağı, maskadan istifadəni öyrətmək lazımdır.

Koronavirusa yoluxan uşaqda hərarət birdən-birə yüksəlir, öskürək və ishal olmur. Bu zaman analar antibiotikə müraciət etməsələr yaxşıdır. Çünki belə olsa, uşağın immuniteti zəifləyər. Hərarəti aşağı salmaq üçün təbii vasitələrdən istifadə daha uyğundur, lakin istənilən halda həkimə müraciət mütləqdir”.

Pediatr Sevda Namazova isə uşaqların qapalı məkanda maskanı çıxarmamalı olduğunu deyib:
 
"Hazırda uşaqlarda ən çox kəskin respirator virus xəstəlikləridir. Lakin kolleqalarımla söhbət əsnasında bildirirlər ki, koronavirusa yoluxan pasientləri olur. Hətta bu yaxınlarda 5 aylıq körpədə belə virus aşkarlandı və müalicə proseduru tətbiq edildi. Maskaların tez-tez dəyişdirilməsi ilə bağlı məsələ hamıya aydındır. Lakin çox vaxt görürük ki, uşaq da, valideyni də günlərlə eyni maskadan istifadə edir. Uşaqlar 4-6 qat maskadan istifadə edib, 4 saatdan bir maskanı yeniləməlidirlər. Məktəb və bağçalarda yuxarı tənəffüs orqanlarının infeksiyaları o qədər yayılıb ki, hazırda maskadan istifadə etmədən otaqda oturmaq doğru olmaz və problem yarada bilər.

Hələ koronavirus olmamışdan qabaq valideynlər uşaqları peyvənd etdirməyə meyilli idi. İndi isə mövcud vəziyyətə uyğun olaraq uşaqların peyvənd olunması ilə bağlı ümumiyyətlə etiraz edənlər yoxdur”. / Sfera.az

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti