Xəzər Xəbər

Azərbaycanın bu bölgəsinə 30 santimetr QAR YAĞDI

Cəmiyyət | 11:13 • 2 Dekabr 2021
Azərbaycanın bu bölgəsinə 30 santimetr QAR YAĞDI

Dekabrın 1-də axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.

XəzərXəbər xəbər verir ki, ən çox qar Qubanın Qrız və Qusarın Ləzə kəndlərində qeydə alınıb. Bu ərazilərdə qarın hündürlüyü 30 santimetrə çatır.

Qubanın Xınalıq kəndində 25, Xaltanda 10, Qusarın Həzrə kəndində 4, Xızının Altıağac qəsəbəsində isə 7 santimetr hündürlüyündə qar var.

Qubanın rayon mərkəzində isə qarın hündürlüyü 1 sm-ə çatıb.

Temperatur mənfi 7 dərəcəyədək aşağı düşüb.

Xəbər lenti