Xəzər Xəbər

Əziz Sancarla azərbaycanlı şagird arasında maraqlı dialoq

Cəmiyyət | 10:31 • 2 Dekabr 2021
Əziz Sancarla azərbaycanlı şagird arasında maraqlı dialoq

UNEC İqtisadi Forumunda iştirak edən türkiyəli alim, Kimya üzrə Nobel mükafatı laureatı Əziz Sancarla kimya üzrə respublika fənn olimpiadasının qızıl mükafatçısı Dəniz Səttarlı arasında maraqlı dialoq yaşanıb.

XəzərXəbər "qafqazinfo"-ya istinadən xəbər verir ki, Dəniz Səttarlı alimə beynəlxalq kimya olimpiadalarında ölkəmizi layiqli təmsil etmək üçün necə təmsil edə biləcəyini soruşub.

Ə.Sancarın ona cavabı isə diqqət çəkib:

"Olimpiadalara qatılmağınız və uğur qazanmağınız münasibətilə sizi təbrik edirəm. Mənim elə bir şansım olmadı. Ona görə də siz məndəın irəlidəsiniz. Bu baxımdan sizə məsləhət verəcək mövqedə deyiləm".

Xəbər lenti