Xəzər Xəbər

Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verildi

Cəmiyyət | 09:55 • 2 Dekabr 2021
Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verildi

Bu günə qədər Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib.

XəzərXəbər xəbər verir ki, bu barədə "Trend"in sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, küçələrə adları verilən şəhidlərimiz Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Vətən müharibəsi qəhrəmanı fəxri adıyla və ya müxtəlif ordenlərlə təltif olunanlardır.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı 2907 nəfər şəhid olub, 7 nəfər itkin düşüb, Ermənistanın dinc əhaliyə qarşı cinayətləri nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib.

Xəbər lenti

Saatlıda mağaza yanıb
18:09 • 20 Yanvar 2022