Xəzər Xəbər

Koronavirusla bağlı ŞAD XƏBƏR: Bütün ştamları zərərsizləşdirən anticism tapıldı

Cəmiyyət | 09:50 • 2 Dekabr 2021
Koronavirusla bağlı ŞAD XƏBƏR: Bütün ştamları zərərsizləşdirən anticism tapıldı

Bir qrup çinli alim SARS-CoV-2 koronavirusunun bütün ştamlarını neytrallaşdırmağa qadir olan 35B5 monoklonal anticisiminin kəşfi ilə bağlı məlumat verib.

XəzərXəbər "oxu.az"a istinadən xəbər verir ki, anticism “omikron” ştamına qarşı da effektivdir.

Anticism koronavirusu ağır keçirən insanların qan nümunələrinin genişmiqyaslı tədqiqi zamanı aşkar edilib.

Alimlər müəyyən ediblər ki, 35B5 anticismi koronavirusun mutasiyalar zamanı demək olar ki, dəyişməyən S-zülalına yapışır. Onun strukturu COVID-in bütün növlərinə eyni dərəcədə təsir göstərməyə imkan verir.

Xəbər lenti