Xəzər Xəbər

Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb

Cəmiyyət | 16:22 • 30 Noyabr 2021
Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb

Bakıda daha bir məktəb fəaliyyətini distant təhsil formasında davam etdiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən xezerxeber.az-a verilən məlumata görə, 45 nömrəli tam orta məktəbdə COVID-19 infeksiyasına yoluxma sayının artması ilə əlaqədar məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.

Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 45 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

 

Xəbər lenti