Xəzər Xəbər

Əhaliyə qəti xəbərdarlıq edildi - Sabahdan...

ETSN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edib
Cəmiyyət | 15:42 • 30 Noyabr 2021
Əhaliyə qəti xəbərdarlıq edildi - Sabahdan...

"Noyabr ayı ərzində bundan daha şiddətli küləklər müşahidə olunub".

XəzərXəbər-in məlumatına görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O, əhaliyə diqqətli olmağı məsləhət görüb: "Həmişə olduğu kimi, güclü küləkli hava şəraitində əhaliyə daha diqqətli olmaq məsləhət olunur”.

Xidmət rəisi qeyd edib ki, bu gün və sabah atmosfer təzyiqinin kəskin tərəddüdü meteohəssas insanlar üçün əlverişsizdir. "Yağıntının dekabrın 1-dən əsasən şimal və qərb rayonlarından başlayacağı, bəzi rayonlarda intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayın 2-də gündüz yağıntıların tədricən kəsiləcəyi gözlənilir".

Xəbər lenti