Xəzər Xəbər

Dekabrın ilk gününün havası açıqlandı

Cəmiyyət | 13:54 • 30 Noyabr 2021
Dekabrın ilk gününün havası açıqlandı

Bakıda və Abşeron yarımadasında dekabrın 1-də dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, axşam bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var.

Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-20° isti, Bakıda gecə 9-11° isti, gündüz 18-20° isti olacaq.

Atmosfer təzyiqi 749 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Azərbaycanın rayonlarında gün ərzində arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.

Rubrikanın digər xəbərləri

Bakıda yeni nəqliyyat mübadilə mərkəzi
Bakıda yeni nəqliyyat mübadilə mərkəzi YARADILDI
16:16 • 18 Mart 2024
Sabah qısaldılmış iş günü olacaq
Sabah qısaldılmış iş günü olacaq BAYRAM TƏQVİMİ
15:42 • 18 Mart 2024
Növbəti köç karvanı Füzuliyə
Növbəti köç karvanı Füzuliyə ÇATDI
12:15 • 18 Mart 2024
Bakı metrosu gücləndirilmiş iş rejiminə
Bakı metrosu gücləndirilmiş iş rejiminə KEÇİR
11:44 • 18 Mart 2024
AZAL Londonun daha bir hava limanına uçuşlara
AZAL Londonun daha bir hava limanına uçuşlara BAŞLADI
10:50 • 18 Mart 2024
Sosial ödənişlərlə bağlı
Sosial ödənişlərlə bağlı VACİB MƏLUMAT
10:20 • 18 Mart 2024
Bakıda havada toz müşahidə olunur
Bakıda havada toz müşahidə olunur AÇIQLAMA
09:35 • 18 Mart 2024

Xəbər lenti