Xəzər Xəbər

Bu hallarda COVID-19 sertifikatını ala bilməyəcəksiniz

Cəmiyyət | 12:05 • 30 Noyabr 2021
Bu hallarda COVID-19 sertifikatını ala bilməyəcəksiniz

COVID sertifikatının verilməsindən hansı hallarda imtina ediləcəyi açıqlanıb.

XəzərXəbər verir ki, Nazirlər Kabinetinin "COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında" qərarınaa əsasən, COVID sertifikatı müraciət edən şəxs fərdi, o cümlədən sağlamlığının vəziyyəti barədə məlumatlarının ötürülməsinə və yayılmasına razılıq vermədikdə, müraciət edən şəxsin səlahiyyətli nümayəndəsi müraciət edən zaman onun səlahiyyətli nümayəndə olduğu barədə məlumatlar Portalda göstərilmədikdə, COVID sertifikatını formalaşdırmaq üçün tələb olunan fərdi və ya sağlamlıq vəziyyəti barədə məlumatlar olmadıqda COVİD sertifikatı verilmir.

Fərdi və ya sağlamlıq vəziyyəti barədə məlumatların olmaması səbəbindən COVID Sertifikatının verilməsindən imtina edilməsi barədə bildiriş avtomatik olaraq Portal vasitəsilə müraciət edən şəxsə göndərilir. Şəxsin istəyi ilə həmin bildiriş tibb müəssisəsi tərəfindən kağız daşıyıcıda verilə bilər.

Qeyd edək ki, şəxs və ya onun səlahiyyətli nümayəndəsi COVID Sertifikatı almaq üçün E-TƏBİB və ya Elektron Hökumət İnformasiya Sisteminin MyGov platforması (Portal) vasitəsilə sertifikatın əldə olunması üçün müraciət etməlidir.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti