Xəzər Xəbər

Bakıda bu tunel və körpü tam BAĞLANDI: bu yollardan istifadə edin

Cəmiyyət | 14:03 • 27 Noyabr 2021
Bakıda bu tunel və körpü tam BAĞLANDI: bu yollardan istifadə edin

Xəbər verdiyimiz kimi, noyabrın 27-dən paytaxtın iki küçə və prospektində hərəkət məhdudlaşdırılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən Bağırov tunelində hərəkət tamamilə dayandırılıb:

"Buna görə də Heydər Əliyev prospektində hərəkət yalnız üzü şəhər istiqamətində baş tutacaq. Belə ki, bu yolda hərəkət 5 saylı Asan Xidmətin qarşısından keçməklə birbaşa Heydər Əliyev prospekti şəhər istiqaməti ilə orta zolağa yönəlib.

Həmçinin Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsindən üzü mikrorayon və Memar Əcəmi metrostansiyası istiqamətinə gedən körpüdə də hərəkət tam məhdudlaşdırılıb. Burada sürücülər müvəqqəti olaraq, yalnız tunellə hərəkət edə bilərlər. Həmçinin əksinə getmək istəyənlər də körpüyə daxil olmadan sağ zolaqla hərəkət etsinlər.

Hazırda qeyd edilən ərazilərdə yol patrul xidməti əməkdaşları nizamlıyıcı qismində xidmət apararaq, nəqliyyatın hərəkətini istiqamətləndirir. Vətəndaşlardan xahiş edirik ki, mümkün qədər adı çəkilən küçə və prospektlərdə şəxsi avtomobillərdən istifadə etməsinlər. Əvvəlcədən hərəkət istiqamətlərini düzgün qiymətləndirib, hərəkətlərinə davam etsinlər". 

Xəbər lenti

Çox oxunanlar