Xəzər Xəbər

"Azəriqaz" onlayn qaz sayğaclarının tətbiqinə başlayır - Baş direktordan AÇIQLAMA

Cəmiyyət | 12:09 • 27 Noyabr 2021
"Azəriqaz" onlayn qaz sayğaclarının tətbiqinə başlayır - Baş direktordan AÇIQLAMA

"Yeni tikilən çoxmərtəbəli MTK-lara cari ilin iyul ayının 1-dən etibarən ödənişsiz sayğaclar verilib. O binalara qoşulan sayğaclar mexaniki, yəni sonradan ödənişli sayğaclardır. Onların üzərinə xüsusi smrat qurğular quraşdırılır. Bu sayğaclar smart sayğaclar hesab olunur. Yəni bu ildən etibarən smart sayğacların quraşdırılması prosesinə start verilib".

Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib.

"Hesab edirəm ki, yaxın 3-5 il ərzində smart-kart tipli sayğaclar öz aktuallığını itirəcək. Bu gün smart-kart tipli sayğacların Avropanın bütün ölkələrində istehsalı dayandırılıb. Artıq ağıllı sayğaca keçmək lazımdır. Bununla bağlı prezident İlham Əliyevin fərmanı da var".

Baş direktor bildirib ki, hazırda istifadə olunan smart-kart tipli sayğaclar ağıllı sayğac sayılmır.

"Burada sadəcə kartın özü smartdır. Bu sayğaclarda ödənişlə bağlı da bəzən probelmlər yaranır. Məsələn, vətəndaş 20 qəpiklik limit çərçivəsində 500 kub qazı sayğaca yükləyir. Bu balans 10 aya, 2 ilə və ya 1 günə istifadə edilə bilər. Amma artıq sistemdə bu qaz satılmış hesab olunur. Bu, prosesə nəzarət etmək baxımından bizə də problem yaradır. Bəzi vətəndaşlar deyir ki, "Azəriqaz" ağıllı sayğaclardan imtina edir. Amma bu sayğaclar ağıllı deyil. Biz artıq onlayn qaz sayğaclarının tətbiqinə başlayırıq. Bu “card reader”ləri “ASAN Xidmət” mərkəzlərində və yaxud texnologiyalar satılan mağazalardan əldə etmək mümkün olacaq. Bu “card reader”in proqram təminatını “Azəriqaz” təmin edəcək. Bu proqramı da abonent istənilən mobil telefona və ya kompüterə yükləyərək həm özünün, qonşunun və istənilən yaxının qaz kartına ödənişini yükləməklə həyata keçirə bilərlər. Bu sayğacların kartına onlayn qaydada ödəniş etmək mümkün olacaq. Belə ki, onlayn sayğaclara abonentlərin sosial şəbəkə üzərindən ödənişi yükləmək imkanı olacaq" - deyə Ruslan Əliyev bildirib./redaktor.az

Xəbər lenti