Xəzər Xəbər

Bakıda 15-ə yaxın məktəbdə istilik problemi var

Cəmiyyət | 15:38 • 25 Noyabr 2021
Bakıda 15-ə yaxın məktəbdə istilik problemi var

Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan bəzi məktəblərdə istiliklə bağlı müəyyən problemlər var idi.

Bunu jurnalistlərə açıqlamasında BŞTİ müdiri Mehriban Vəliyeva deyib.

Onun sözlərinə görə, problemlərin həlli istiqamətində mütəmadi addımlar atılır: "Qazın verilməsi, istilik sistemində, texniki məsələlərlə bağlı problemlər var idi. Bir müddət əvvəl istiliklə bağlı yaşanan problemlər artıq yavaş-yavaş səngiyir. İndi 15-ə yaxın məktəbdə problem var".

İdarə müdiri güclü külək nəticəsində problem yaranan məktəblərdən də danışıb. Bildirib ki, problemlər mütəmadi şəkildə olur, amma həll olunması üçün addımlar atılır.

Xəbər lenti