Xəzər Xəbər

Tələbələr təhsil kreditini necə götürə bilər? - Ekspert açıqladı

Cəmiyyət | 15:28 • 25 Noyabr 2021
Tələbələr təhsil kreditini necə götürə bilər? - Ekspert açıqladı

Bu gün Təhsil Nazirliyi təhsil tələbə kreditlərinin (TTK) verilməsi ilə bağlı brifinq keçirib. Brifinqdə təhsil nazirinin müavini İdris İsayev hansı tələbələrin təhsil tələbə krediti ala biləcəyini açıqlayıb. Nazir müavini deyib: "Bakalavriat səviyyəsi üçün 300-700 bal aralığında, magistratura səviyyəsi üçün 50-100 bal aralığı, subbakalvriyat səviyyəsi üçün 110-300 bal aralığında nəticə göstərənlər ilk semestrdə kredit almaq hüququna malik ola bilərlər".

Təhsil üzrə ekspert Elçin Əfəndi açıqlamasında tələbə kreditinin verilməsi ilə bağlı məsələləri izah edib:

"Təhsil tələbə krediti fondunun maliyyə imkanları genişləndi. Əvvəl 80 milyon nəzərdə tutulmuşdusa, hazırda 102 milyon civarında müəyyənləşib. Burada kreditlərin verilməsi, əsasən, iki formada olacaq. Biri sosial, digəri isə standart formada. Sosial kredit formasından əhalinin sosial həssas qrupuna daxil olan tələbələr yararlanacaq. Hansı ki, buraya sırf maddi imkanları zəif olan, dövlətdən müəyyən yardımlar alan, aztəminatlı ailələrə daxil olan tələbələr daxildir. Standart formadan isə ailə təhsil müəssisələrində akademik göstəriciləri yüksək olan və ödənişli əsaslara təhsil alan tələbələr yararlanacaq. Bu qəbildən olan tələbələrin göstəriciləri yüksək olmalıdır. Burada, əsasən, 15-20 il müddətində kreditin geri qaytarılması nəzərdə tutulur. Cüzi faiz dərəcəsi müəyyən olunacaq və tələbələr müvafiq müqavilə bağlanmış banklarda qeydiyyata alınacaqlar. Onu xüsusi qeyd etmək lazımdır ki, tələbə krediti nağd şəkildə əldə edə bilməyəcək. Vəsait tələbənin təhsil aldığı müəssisənin hesabına köçürüləcək”.
 
Ekspert qeydiyyat prosesinin necə həyata keçiriləcəyi haqda da danışıb:

"Tələblər bunun üçün sistemə daxil olmalı, orada "asan login”lə qeydiyyatdan keçməlidirlər. Xüsusi olaraq notarial qaydada ərizə ilə müraciət edərək təstiq edib, qeydiyyatdan keçib müvafiq sənədləri daxil etdikdən sonra artıq sorğulara baxış prosesi olacaq. Bu prosesdə tələbələr həmin kriteriyalara uyğun gələrsə, onlara kreditin verilməsi nəzərdə tutulacaq. Bu zaman kredit onlardan təhsil aldıqları ixtisasın illik təhsil haqqı həcmində müəyyən olunacaq və ondan artıq kredit ala bilməyəcək. Düşünürəm ki, bu addım atılması dövlət başçısı tərəfindən dəfələrlə vurğulanan təhsilin əlçatanlılığının təmin edilməsinə hesablanıb. Hər il yüzlərlər tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini dayandırırdı. Bu kreditin verilməsi maddi imkanı zəif olan təhsil almalarına imkan yaradacaq”./Azxəbər

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti